"İrşad" elektrik malları mağazası - Xırdalan
Mehdi Hüseynzadə 1 Absheron Xırdalan
"İrşad" elektrik malları mağazası - Xırdalan
Artıq 23 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən İrşad müxtəlif markalı mobil telefonların, məişət texnikasının və elektronika mallarının topdan, korporativ və pərakəndə satışını həyata keçirir.İrşad telefon, məişət texnikası və elektronika sahəsində dünyaca məşhur brendlərin məhsullarını müştərilərinə təqdim edir
Şirkət həmçinin Apple, Samsung, Xiaomi, HONOR, Tefal, Beko brendlərinin Azərbaycanda rəsmi tərəfdaşıdır.
Mağazalardan iyirmi üçü Bakıda, iyirmi iki isə regionlarda yerləşir. 2018-ci ildən etibarən müştəri xidməti keyfiyyətinin yüksəldilməsi məqsədilə bütün mağazalar yeni interyer üslübda bərpa edilmiş, xidmət avadanlıqları ilə təchiz edilmiş və ya daha böyük sahəli məkanlarla əvəz edilmişdir. Müştərilərin rahatlığı üçün müasir servis mərkəzi yaradılmışdır.
İrşad öz sahəsində ölkəmizdə çeşid müxtəlifliyi, dərinliyi və əməliyyatları üzrə onlayn mağazaya sahib olan ən böyük şirkətlərdəndir. www.irshad.az e-kommersiya platforması vasitəsilə müştərilər 7/24 onlayn xidmətlərdən yararlanmaq imkanına malikdir. Həmçinin şirkət topdan və korporativ satış üzrə üç yüzdən artıq diler və müəssisələr ilə əməkdaşlıq edir.
Yüz minlərlə aktiv müştəriyə keyfiyyətli xidmətin təmin olunması üçün şirkətdə 800 nəfərdən çox əməkdaş çalışır
Şirkətin inkişaf strategiyasına uyğun olaraq həm əməkdaşların sayı, həm də karyera imkanları ilbəil artır. Yerli gənc mütəxəssislər müxtəlif təcrübə proqramlarına cəlb edilir, əməkdaşların ölkədə və ölkə xaricində təşkil edilən təlimlərdə, tədbirlərdə və sərgilərdə iştirakına zəmin yaradılır. Şirkətin rəsmi təmsil etdiyi brendlərlə əməkdaşlıq çərçivəsində yerli mütəxəssislər təcrübə mübadiləsindən yararlanırlar.
"İrşad" 2000-ci ildə "I&R Telecom" adı ilə Bakı şəhərində fəaliyyətə başlayıb. 2003-cü ildən etibarən paytaxtda və regionlarda mağazalarının sayını artıraraq şəbəkəsini genişləndirib. 2007-ci ilin sonunda “I&R Telecom” rebrendinq edərək “İrşad Telecom” adı altında fəaliyyətini davam etdirib. 2018-ci ildən şirkət məişət texnikası və elektronika məhsullarının satışını genişləndirdiyi üçün “İrşad Electronics” adı ilə, 2021-ci ildən etibarən isə məhsul kateqoriyalarının genişlənməsi ilə “İrşad” brendinə keçid edərək yeni korporativ stilini müştərilərinə təqdim edib.
Rəsmiyyəti:
VERGİ ÖDƏYİCİSİNİN ADI : “İRŞAD ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyət
DÖVLƏT QEYDİYYATI № (VÖEN): 1404510051
VERGİ ÖDƏYİCİSİNİN ÜNVANI: Bakı şəhəri, Nəsimi rayonu, 28 May, ev. 42
DİREKTOR:
Aris Şıxəliyev Valis oğlu
İş saatı: 10:00 - 21:00