Şuşa Dövlət Musiqili Dram Teatrı
48 Süleyman Sani Axundov Binəqədi
Şuşa Dövlət Musiqili Dram Teatrı
1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişidilərərk Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Ona Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettaları da oynanılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1992) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edildi. 1992-ci ildə teatr məlum Qarabağ hadisələri ilə bağlı Bakıya köçdü. Uzun illər Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşdı (1992–2005). Hazırda Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir (2005-ci ildən).