Saatsaz Əliyev Əlimirzə adına Saat Muzeyi

materialicons-sharp-854 Axund Mirzə Əbdülkərim Baku Bakı

materialicons-sharp-820 Google xəritə



Qiymətə: 15 AZN

Daxildir:

3000-dən çox saat növü ilə məlumatlandırıcı ekskursiya
Müxtəlif növ saatların iş prinsipi ilə tanışlıq
Təsisçi ilə çay söhbəti
Foto sessiya (öz kameranızla)

Ramiz bəy atası saatsaz Əliyev Əlimirzə bəyin başladığı işi davam etdirmək üçün 25 ildir çalışır və içərisində 200-dən çox yaşı olan saatlar da daxil olmaqla 3000-dən çox saatın toplandığı bənzərsiz təəssürat bağışlayan Saat Muzeyini ərsəyə gətirib. Bu məkanda saatların sanki bir simfoniyanı andıran səsini dinləmək ən az onların haqqında öyrənmək qədər bənzərsiz hiss

 

1800-cü illərdən qalma və özündə tarixi xüsusiyyətlər daşıyan saatlar, 150-200 yaşlı, mexanizmlə, batareya ilə çalışan, qum saatları, şüşəli saatlar, divar saatları.
Ramiz bəyin xüsusi əl işi olan saatlarını və s. kimi müxtəlif maraqlı növlərdə saatlar.
Hətta Azərbaycanın ən kiçik və ən böyük saatlarından bəziləri ilə tanış olacaqsınız.
Qeyd etmək lazımdır ki Saat Muzeyində olan saatlar Yaponiya, İsveçrə, Türkiyə, Fransa, Rusiya və SSRİ kimi fərqli ölkələrdə istehsal olunmuş saatlar.
Vacib qeydlər:

Ziyarətçilərə muzey eksponatları, vaxtın dəyəri və muzeyin tarixi haqqında ətraflı məlumat təsisçi tərəfindən verilir.