Şüvəlan park

materialicons-sharp-854 AZ Bakı 1044

materialicons-sharp-820 Google xəritə






“Şüvəlan Park” - 3 əsas hissədən ibarətdir. Uşaq əyləncə mərkəzi, Alış-veriş mərkəzi, Restoranlar

 

Macəra Adası

“Şüvəlan Park”-da yerləşən və ümumi sahəsi 220 m2 olan Macəra Adası adrenalin və həyəcansevərlər üçün mükəmməl parkur kompleksidir.

Macəra Adası-da kompleks fiziki oyunlar sahəsi, dırmanma, sərbəst atlayış, ekstremal oyun parkurları kimi əyləncəli oyun növləri vardır.

Macəra Adasının daha bir üstünlüyü isə bu zonanın həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmasıdır.

Macəra Adası-na daxil olan parkur sahələri:

İpli Macəra yolu
Dırmanma divarı
Hörümçək ipləri sahəsi
Buradakı hər bir parkur sahəsində iştirak yaş, çəki və boydan asılı olaraq mümkündür.

İş saatları: Bazar ertəsi – qeyri iş günüdür. Çərşənbə axşamı – Cümə: 12:00-21:00. Şənbə, Bazar və Bayram günləri: 11:00-21:00

Əlaqə: 0105254414 / 0125254441

 

Kinderland Shuvelan Mini


Şüvəlan Parkda yerləşən və ümumi sahəsi 2300 m2 olan Kinderland Shuvelan Mini ailəvi əyləncə mərkəzidir!  Burada uşaqlar müxtəlif fəaliyyət sahələrində oynayaraq əyləncəli vaxt keçirir və ilkin peşə bacarıqlarına yiyələnirlər.  “Oyna və Öyrən” markamızın əsas devizidir.

Uşaqlar, xüsusi hazırlanmış mərkəzlərdə: İncəsənət və Sənətkarlıq Mərkəzi, Supermarket, Tikinti sahəsi, Moda Studiyası, Gözəllik Mərkəzi, Yanğınsöndürmə Məntəqəsi və Xəstəxanada 7 fərqli peşədə özlərini sınayır,bilik və təcrübə qazanırlar.

Kinderland Shuvelan Mini-də real həyat fəaliyyətləri uşaqların gələcək həyata hazırlanmasında və cəmiyyətə faydalı fərd kimi yetişməkdə önəmli rol oynayır.

Uşaqlar, Kinderland Shuvelan Mini-də mövcud olan arkada oyunları, trambolin əraziləri, şəhər labirinti və dırmanma divarları kimi əyləncə növlərində həmyaşıdları ilə birlikdə oynayaraq əylənir və səmərəli vaxt keçirirlər. Hər yaşdan uşaqlar üçün əyləncə imkanları təklif edən Kinderland Shuvelan Mini bütün uşaqlara unudulmaz və qeyri-adi anlar yaradır.

“Kinderland Shuvelan Mini”-də ailəvi istirahət etmək və doğum günlərini qeyd etmək üçün 2 Karaoke Klub və 2 Şənlik otağı var. Qonaqların sayından asılı olaraq Karaoke və Şənlik otaqları birləşdirilir və daha çox qonaqla rahat və əyləncəli vaxt keçirmək imkanı olur. Məkanımızda doğum gününü qeyd edən qonaqlara həm uşaqlar, həm də böyüklər üçün müxtəlif çeşiddə menyular təklif edilir.

İş saatları: Bazar ertəsi – qeyri iş günüdür. Çərşənbə axşamı – Cümə: 12:00-21:00. Şənbə, Bazar və Bayram günləri: 11:00-21:00

Əlaqə: 010 525 44 14 / 051 207 24 70/ 012 525 44 41

 

Gym & Fun


Uşaq əyləncə otağı. Buradakı infrastruktur uşaqların fiziki inkişafına yönəlib. Beləliklə, onlar burada həm əylənə, həm də yüngül idmanla məşğul ola bilərlər. Uşaqların hamısı məkana düşsə belə, onun üçün heç bir təhlükə yoxdur. 

Kiçik toplarla hovuzun yanında körpələr üçün xüsusi hovuz qurulmuşdur. Hovuzdakı rəngli yumşaq dabanlar əslində suyu əvəz edir. Bu, yalnız körpələr üçün maraqlı deyil, həm də onların sağlamlığı üçün daha vacibdir. 

Burada ad gününüzü 50 nəfərlik iki rahat zalda keçirə bilərsiniz (onları birləşdirmək imkanı ilə).