AF Hotel və Aqua park

materialicons-sharp-854 Dənizkənarı Bakı AZ

materialicons-sharp-820 Google xəritə




Biz Sizə şəhərin səs küyündən uzaq,təmiz hava və füsunkar dəniz mənzərəsinə malik, nəinki Azərbaycanda, eləcə də yaxın Qafqazda özünə məxsus yeri olan, yerli və xarici turistlərin sevimli ailəvi istirahət məkanı o lan “AF Hotel & Aqua Park” Ailəvi İstirahət Mərkəzini təqdim edirik. İstirahət Mərkəzi Bakı şəhəri Novxanı qəsəbəsində müalicəvi mineral duzlara malik Xəzər dənizi sahilində, yerləşir. Yüksək və qüsursuz xidmət , peşəkar və gülərüz personal, Xəzər dənizi sahili boyunca uzanan rahat çimərlik zonası, milli, şərq və avropa mətbəxinin dadlı təamlarını təqdim edən restoran,kafe və barlar, Aqua Park macəraları və sakitləşdirici musiqi ritmləri sizin istirahətinizi unudulmaz edəcək. Otelimizdə Ekonom, Standard, Junior Suite, Apartament , VIP Suite, Duplex Villa-lar, böyüklər və uşaqlar üçün hovuzlara malik Aqua Park, uşaq əyləncə mərkəzi, oyun və idman zalları, SPA, Sauna və masaj xidmətləri, qapalı hovuz, futbol və valeybol meydançaları, tennis kortu və stolüstü oyunlar mərkəzi fəaliyyət göstərir.Konfrans zalları, Beach club, yay aylarında banket, party organizasyon ve ziyafətlərinizin reallaşması üçün restoran və barlarımızla xidmətinizdəyik. Unutulmayacak istirahət və əyləncələr yaşamanız üçün ailəniz və dostlarınızla istirahətin ən gözəl məkanı olan AF Hotel & Aqua Park Ailəvi istirahət mərkəzində sizləri görməkdən şad olarıq.

Xidmətlər:

5 restoran, 3 bar (Aqua, Lobby, Disco)
 Aqua Park xidmətlərindən istifadə
 Xüsusi çimərlik sahəsi
 Wi-Fi internet zonası
 Uşaq əyləncə mərkəzi
 Domino, şahmat, dama və nərd
 Bilyard zalı
 Balıq tutmaq
 Daxili hovuz
 Fitnes
 Sauna, massaj və gözəllik salonu
 Oyun zalı və uşaqlar üçün 3D Kinoteatrı
 Skuter və motobayklar (çimərlik sahəsində)
 Maqazinlər (hədiyyə, geyim, ətriyyat, və.s)
 Camaşırxana xidməti
 Ekskursiyalar (xarici dilli gidlərin müşayiəti ilə)
 Uçuş biletlərinin rezervasiyası
 Konfrans zalları
 Pulsuz dayanacaq xidməti
 Seyf