Siyahıya qayıt
Zabitlər parkı
77 Səməd Vurğun Nəsimi
Google xəritə
Şəhərin ən köhnə parklarından biri, əvvəllər bulvar adlanan Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən Müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanovun adı verilib. 2009-cu ildə parkda abadlaşdırma işlərinə başlanılıb və Zabitlər parkı 16 mart 2011-ci ildə yenidən açılıb. Yenidən açılışında İlham Əliyev və Mehriban Əliyeva iştirak edib.