Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
16/21 Azadlıq Prospekti Nəsimi
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dövlətimiz, Vətənimiz üçün ixtisaslı mühəndis kadrlar yetişdirir. Universitetdə gənclərin yüksək keyfiyyətli təhsil alması üçün hər bir şərait yaradılıb. Belə ki, burada müasir elmi və tədris laboratoriyaları, auditoriyalar, kompüter mərkəzləri var və tədris yüksək ixtisaslı professor-müəllim heyəti tərəfindən həyata keçirilir. ADNSU-da mütəxəssis hazırlığı ali təhsilin hər üç pilləsində - bakalavr, magistratura və doktorantura pilləsində həyata keçirilir. Hazırda universitetdə 7 fakültə üzrə 30 ixtisas üzrə təhsilverilir. 18 ixtisas Beynəlxalq akkreditasiyadan keçib. Bundan əlavə, ADNSU-nun iki nüfuzlu universitetlə - ADNSU-Starsburq Universiteti və ADNSU-Vorvik Universiteti ilə ikili diplom praqramları mövcuddur.
Hazırda universitet 400-dən yuxarı dövlət və özəl müəssisəsi ilə əməkdaşlıq edir ki, bu da tələbələrin ixtisasları üzrə əsaslı təcrübə keçmələsində və işlə təmin olunmasında öz müsbət nəticəsini göstərir. Aparılımış sorğuya əsasən, ADNSU məzularının 75 faizi universiteti bitirən kimi daimi işlə təmin olunur. QS reytinqində 2023-cü ilə ADNSU məşğulluq göstəricisinə görə də dünyada 271-ci, Azərbaycanda I yerdə qərarlaşıb. ADNSU beynəlxalq əlaqələrə önəm verən təhsil ocağıdır. Bu gün universitetin 25-dən çox ölkənin 75 universiteti ilə birbaşa tərəfdaşlıq əlaqələri mövcuddur. ADNSU-nun ali təhsil müəssisəsi olaraq qarşıya qoyulan əsas hədəflərindən biri yüksək ixtisaslı mühəndis kadrlar hazırlamaqla yanaşı, elmi-tədqiqat universiteti kimi formalaşmaqdır. Təkcə 2022-2023-cü tədris ilində universitetin professor-müəllim heyətinin dünya səviyyəli elmi bazalar olan “Scopus” və “Web of Science”-da 350 elmi məqaləsi dərc olunub. ADNSU ən yaxşı Avropa universitetləri siyahısında "QS Europe World University Ranking 2024" 434-cü sırada qərarlaşıb. QS World Ranking tərəfindən verilən məlumata görə, ADNSU həm də ən yaxşı Asiya universitetləri siyahısında "Western Asia 2024 " 22 -ci sıradadır.
Hər il peşəkar geoloq, neft mühəndisi, kimyaçı, İT mütəxəssisi və daha onlarla sahədə milli iqtisadiyyat və sənayenin inkişafına töhfə verəcək minlərlə gənc ADNSU-nu seçir. Universitet tələblərin etimadlarını doğrultmaq üçün böyük hədəflər qarşıya qoyulub. Bu gün universitetimiz öz fəaliyyətini daha da gücləndirərək zamanın tələblərinə uyğun, xalqımıza və bütün dünyaya fayda verəcək və iqtisadiyyatı gücləndirəcək səviyyədə ixtisaslı kadrlar yetişdirir, təhsil və tədris yüksək səviyyədə davam etdirilir.