DTX Hospital
8RQ3+H6X Nürəddin Paşayev Səbail
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi DTX-nin hərbi qulluqçularının, pensiyaçılarının və onların ailə üzvlərinin sağlamlığının qorunması istiqamətində kompleks müalicə – profilaktik və diaqnostik tibbi xidmətləri həyata keçirən müstəqil struktur bölmədir. Hərbi-tibb baş idarəsinin müvafiq strukturları tibbi təminat hüququ olan şəxslərə mövcud qanunvericilik, zəruri hallarda digər şəxslərə yüksək səviyyəli peşəkar tibbi xidmətin göstərilməsini həyata keçirir.
Baş İdarədə qəbul, cərrahiyyə bloku, reanimasiya, intensiv terapiya və anesteziologiya, cərrahiyyə, kliniki və analitik tədqiqatlar laboratoriyası, kardiologiya, funksional-diaqnostika, şüa diaqnostika və digər şöbə və bölmələri fəaliyyət göstərir. Xəstəxana bütün palataları monitor, kondisioner, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakum sistemləri ilə təchiz olunub.
Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalında 150 çarpayı, hospitalda poliklinika, mərkəzi laboratoriya, əməliyyat bloku, reanimasiya və intensiv terapiya, anqioqrafiya, radiologiya, endoskopiya şöbələri mövcuddur.
Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin tabeliyində olan Poliklinikada əməkdaşların ilkin müraciətlərin qəbulu həyata keçirilir.
Hərbi Tibb Baş İdarəsinin tabeliyində olan, Bilgəh qəsəbəsində yerləşən İstirahət Mərkəzi fəaliyyət göstərir.
İş saatları:
Bazarertəsi - 08:30–16:30
Çərşənbə axşamı - 08:30–16:30
Çərşəmbə - 08:30–16:30
Cümə axşamı - 08:30–16:30
Cümə - 08:30–16:30
Şənbə - 09:00–13:00
Bazar - Bağlı